AZ

Rusiya ilə Estoniya arasından insident: Sərt diplomatik addım

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini Rusiya helikopterinin ölkənin hava məkanını pozmasına etiraz notası təqdim etmək üçün çağırıb.

KONKRET.az Minval-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də axşam saatlarında baş verib.

Helikopter Estoniyanın hava məkanına daxil olub və təxminən dörd dəqiqə orada qalıb.

“Bu gün, sentyabrın 8-də Xarici İşlər Nazirliyi Rusiya Federasiyası səfirliyinin müvəqqəti işlər vəkilini Estoniyanın hava məkanının pozulması ilə bağlı rəsmi etiraz notası təqdim etmək üçün çağırıb”, – məlumatda deyilir.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
68
2
konkret.az

3Mənbələr