AZ

Politoloq: Ermənistanın hava məkanımızdan istifadəsi sülhə doğru addımdır

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Azərbaycan və Ermənistan arasında hava məkanının istifadəsi əslində yeni deyil. Biz zaman-zaman Naxçıvana uçuşlar həyata keçirərkən Ermənistan hava məkanından istifadə etmişik"Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, hazırda isə Baş nazir Nikol Paşinyan Azərbaycanın hava məkanından istifadə edərək Çinə səfərində bu məkandan istifadə edib:"Bu, əslində, normal bir prosesdir. Belə ki, tərəflər artıq sülh müqaviləsinin mətnini razılaşdırıb, onu paraflayıblar və artıq etimad mühitinin yaradılması prosesi getməkdədir. Hava məkanının istifadəsi də bu istiqamətdə atılan addımlardan biri kimi dəyərləndirilməlidir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
demokrat.az

3Mənbələr