AZ

PSJ Barkola ilə bağlı qərarını verib

PSJ klubu hücumçu Bredli Barkola ilə yeni müqavilə imzalamağı planlaşdırır.

90deqiqe.Az-ın “Le Parisien”ya istinadən yaydığı məlumata görə, klubun futbol məsələləri üzrə məsləhətçisi Luis Kampuş fransalı oyunçu ilə danışıqlara start verib. Bildirilir ki, tərəflər arasında razılıq payızın sonuna qədər əldə oluna bilər. PSJ 23 yaşlı vingerə 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.

Barkola Paris təmsilçisinə 2023-cü ildə qoşulub. O, ötən mövsüm bütün turnirlərdə 64 oyunda meydana çıxaraq 21 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsinin müddəti isə 2028-ci ilə qədərdir.

Seçilən
19
90deqiqe.az

1Mənbələr