AZ

Azərbaycan boksçusu dünya çempionatında almaniyalı rəqibinə qalib gəlib

Azərbaycan boksçusu Alfonso Dominqes (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, idmançı 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.

O, rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 final döyüşünə çıxacaq.

Seçilən
18
fanat.az

1Mənbələr