AZ

İynə vurulan şəxs həyatını itirib - Hadisənin həkim səhvindən baş verdiyi iddia edilirVİDEO

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yoxlamaq üçün antibiotik vurulan şəxs şoka düşərək ölüb.

Xezerxeber.az-ın məlumatına görə, Göyçay rayon sakini, 51 yaşlı Eldəniz Rəhimov səhhətində yaranan problemlə bağlı həyat yoldaşı ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bəzi müayinələrdən keçdikdən sonra ona antibiotik təyin edilib. İddialara görə, test üçün vurulan dərman xəstəni şoka salıb.

Eldəniz Rəhimovun həyat yoldaşı Nurlana Rəhimova iddia edir ki, həkim Əminə İsmixanovaya xəstənin antibiotikə qarşı allergiyası olduğunu bildirib.

Məsələyə Abşeron Rayon Mərkəzi Xəstəxanasından münasibət öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.

İddialarla bağlı TƏBİB-ə ünvanladığımız sorğuya isə cavab olaraq bildirildi ki, məsələ araşdırılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
17
xezerxeber.az

10Mənbələr