AZ

Çin Rusiyanın Ukraynada qələbəsini öz maraqları üçün riskli hesab edir

Pekin hesab edir ki, Moskvanın tam qələbəsi onun iqtisadi asılılığını azaldacaq və ABŞ-la yaxınlaşma ehtimalını gücləndirəcək...

Poliqon xəbər verir ki, Çin rəhbərliyi Rusiya prezidenti Vladimir Putinin Ukraynada məğlubiyyətini öz maraqlarına zidd hesab edir. Bu mövqeni son günlərdə Çin xarici işlər naziri Van İ Avropadakı tərəfdaşlarına çatdırıb. Lakin Pekin üçün Moskvanın qələbəsinin nə qədər sərfəli olacağı hələ də aydın deyil.

“The Wall Street Journal” nəşri yazır ki, Rusiya hərbi məqsədlərinə çataraq Ukraynanı vassal dövlətə çevirmək və Avropada, Ukrayna hüdudlarından kənarda təsir dairəsi qurmaq istəsə, bu, Pekin üçün yeni geosiyasi çətinliklər yarada bilər.

Pekindəki Renmin Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Şi İnşun bildirib: “Əgər Rusiya qalib gəlsə, bu, Çin üçün hazırkından daha problematik olacaq. Müharibə şəraitində Moskva daha çox Pekindən asılıdır, lakin qələbə qazanacağı halda bu asılılıq azalacaq. Əgər Trampdan sonra Respublikaçılar Ağ Evdə qalarsa, Rusiya Vaşinqtonla yaxınlaşa bilər və bu, Çini narahat edəcək”.

Analitiklərin fikrincə, Pekin üçün ən optimal vəziyyət müharibənin uzunmüddətli davam etməsi, Rusiyanın zəifləməsi, lakin tam çökməməsidir. Bu halda Moskva həm Qərbdən, həm də Çindən asılı vəziyyətdə qalacaq və Çin iqtisadiyyatı üçün əlverişli tərəfdaş rolunu oynayacaq. Əksinə, Rusiyanın tam qələbəsi həm Qərbin, həm də Moskvanın Pekinə münasibətlərində yeni balans yarada, Çinin geosiyasi manevr imkanlarını məhdudlaşdıra bilər.

Poliqon.info

Seçilən
83
50
poliqon.info

10Mənbələr