AZ

AÇ-2027: Qazaxıstanın U-21 millisi məğlub olub

U-21 milliləri arasında AÇ-2027-nin seçmə oyunları davam edir.

İdman.biz bildirir ki, bu gün D qrupunda yarışan Qazaxıstan millisi İngiltərəni qəbul edib.

Aktobe şəhərində keçirilən oyun qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Qolları 18-ci dəqiqədə Nvaneri və 23-cü dəqiqədə Cob Bellingem vurublar.

Qazaxıstan millisinin 2 oyundan sonta 3 xalı var. Bir oyundan eyni qədər xal toplamış İngiltərə millisi isə qrup lideridir.

B qrupunda yer alan Azərbaycanın U-21 millisi sabah öz meydançaında Bolqarıstanı qəbul edəcək.

İdman.biz

Seçilən
37
1
idman.biz

2Mənbələr