AZ

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 5-də “Coca-Cola” şirkəti, Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətininnümayəndələri Şamaxı rayonunun Mərzəndiyə kəndinə su çəkilişiniqeyd etmək üçün kənd sakinləri ilə görüş keçiriblər.

Trend xəbər verir ki, Şamaxı RİH-nin rəhbəri Tahir Məmmədov,“Coca-Cola Azərbaycan” şirkətinin baş direktoru Rəna Məmmədova,ADSEA-i sədrinin birinci müavini Xəyyam Məmmədov və ADSEA RegionalSu Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin iştirakı iləkeçirilən görüşdə dövlət və şirkət nümayəndələri “Şamaxı rayonununMərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” layihəsininicrasının tamamlanmasını qeyd edib və kənd sakinlərini təbrikediblər.

Layihə “EcoHub” ekoloji platformasının təşəbbüsü ilə “Coca-Cola”Fondunun dəstəklədiyi “Dayanıqlı Su Təşəbbüsləri” Proqramıçərçivəsində həyata keçirilib.

Ötən ilin dekabrında start verilən layihə çərçivəsində Pirsaatsu mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrlimagistral su kəmərinin tikintisi tamamlanıb, su mənbəyi sahəsindənasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təminedilib və kəndin içində 60 kubmetrlik su çəni quraşdırılıb. Dahasonra kənd daxilində şəbəkə xətlərinin çəkilişi yekunlaşdırılıb,hər evə sayğaclı və davamlı su verilməsi həyata keçirilib.

Nəticədə, kəndin 1350 sakini təmiz su ilə təmin edilib və kəndəçəkilən suyun illik həcmi 146 milyon litr olaraq hesablanıb.

“Coca-Cola” Şirkətinin baş direktoru Rəna Məmmədova Coca-ColaFondunun su layihələrinin dəstəklənməsinin vacibliyini qeyd edib: ““Coca-Cola” fəaliyyətdə olduğu hər bir ölkədə cəmiyyətininkişafına, icmaların yaşayışının yaxşılaşmasına daim dəstək olub.Biz çox şadıq ki, “Coca-Cola” Fondunun dəstəklədiyi Qlobal SuÇağırışı proqramı çərçivəsində “Mərzəndiyə kəndinin su təminatınınyaxşılaşdırılması” lahiyəsi vasitəsilə 1350 sakinin təmiz su əldəetməsinə kömək olduq və bundan qürur duyuruq. Bu mühüm layihəninqısa zamanda həyata keçirilməsinə görə Su Ehtiyatları Agentliyinə,Şamaxı Rayon İcra Hakimiyyətinə və “EcoHub” platformasına təşəkküredirik”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birincimüavini Xəyyam Məmmədov isə layihənin davamlı olması üçünçalışacaqlarını bildirib: “Mərzəndiyə kəndini su ilə təmin etməküçün böyük işlər görüldü. Layihənin icrası bir neçə ay çəkdi vənəhayət, biz uğurlu nəticə əldə etmişik. Kəndin bütün sakinlərinitəbrik edirəm. İnanıram ki, tərəfdaşlarımızla birgə belə uğurlulayihələrin sayı çox olacaq”.

Şamaxı RİH rəhbəri Tahir Məmmədov rayon əhalisininproblemlərinin hər zaman dövlətin diqqətində olduğunu vəproblemlərin həlli üçün bütün imkanlardan istifadə edilərək işlərindavam etdirildiyini qeyd edib: “Mərzəndiyə kəndinə su çəkilişimünasibətilə hər birinizi təbrik edirəm. Dövlətimizin diqqəti vəözəl sektorun dəstəyi ilə sakinlərin gündəlik həyatı daha dayaxşılaşır. Kəndin su problemi artıq həll olunub. İndi hər evdətəmiz su var. Bu işin uğurla yekunlaşmasında əməyi olan bütüntərəfdaşlarımıza minnətdaram”.

ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev dəŞamaxı və ətraf rayonların bəzi kəndlərində su çatışmazlığıolduğunu və bu istiqamətdə işləri davam etdirdiyini bildirib: “Bugün çoxdan gözlənilən gündür. Nəhayət Mərzəndiyə sakinləri davamlısu ilə təmin edildilər. Bu kənd camaatının həyatını dəyişəcəkməqamdır. Kəndin əsas ehtiyacı, əsas məsələsi bu idi. Mən də öznövbəmdə kəndə suyun çəkilməsində əməyi olan hər bir quruma vəşəxsə dərindən minnətdarlığımı bildirirəm.”

Dövlət və şirkət nümayəndələri Mərzəndiyə kənd sakinlərinəgörülən işlərlə bağlı məlumat verib, kənd ərazisini gəziblər. Dahasonra kəndin ağsaqqal nümayəndəsi, tanınmış ziyalı aşıq AğamuradŞirvanlının evinə baş çəkərək sakinlərlə səmimi söhbət ediblər.

“Coca-Cola”
“Coca-Cola”
“Coca-Cola”
“Coca-Cola”
“Coca-Cola”
“Coca-Cola”
“Coca-Cola”
Seçilən
45
4
az.trend.az

5Mənbələr