AZ

Tbilisidə yenidən toqquşmalar baş verdi

BAKI, 8 sentyabr. TELEQRAF

Tbilisidə şəhərin meri vəzifəsinə namizəd Kaxa Kaladzenin seçki qərargahı yaxınlığında toqquşma baş verib.

Teleqraf xəbər verir ki, toqquşma "Gürcü Arzusu" partiyasının gənclər qanadının nümayəndələri ilə aksiya iştirakçıları arasında qeydə alınıb.

Tərəflər bir-birini təhqir edib və müxtəlif əşyalar atıblar. Bundan başqa, fiziki toqquşmanın da baş verdiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Seçilən
78
2
teleqraf.com

4Mənbələr