AZ

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

Bakı. Trend:

İsrail ordusu tezliklə Fələstinin Qəzza şəhərinə geniş miqyaslıhücuma keçəcək və buna görə yerli sakinlər dərhal oranı tərketməlidirlər.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri BenyaminNetanyahu videomuraciəti zamanı deyib.

O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzadabir neçə hündürmərtəbəli binanı dağıdıb. İsrail tərəfininbildirdiyinə görə, bu hündürmərtəbəli binalar HƏMAS hərəkatınınsilahlıları tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Başnazirin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri artıq iki günərzində Qəzzada 50 hündürmərtəbəli binanı dağıdıb.

"Bütün bunlar yalnız giriş hissəsidir, əsas intensiv hərbiəməliyyatlara – hazırda toplanan və hazırlıq görən qoşunlarımızınQəzza şəhərindəki quru manevrinə bir hazırlıqdır. Bununla əlaqədarolaraq fürsətdən istifadə edir və Qəzza sakinlərinə deyirəm:'Diqqətlə qulaq asın, sizi xəbərdar ediblər, oranı tərk edin!'" –deyə B.Netanyahu bildirib.

Seçilən
29
1
az.trend.az

2Mənbələr