AZ

ABŞ prezidentinin oğlu: Ukraynalı qızın qətli gizlədilir...

ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp jr. sosial şəbəkələrdə gündəm olan faciə ilə bağlı sərt çıxış edib. O, 23 yaşlı ukraynalı İrina Zarutskayanın Şarlott şəhərində qətlə yetirilməsinə liberal dairələrin susqunluğunu riyakarlıq adlandırıb.

Musavat.com xəbər verir ki, Tramp jr. “profilində Ukrayna bayrağı olan klounlar” ifadəsi ilə sosial şəbəkə istifadəçilərini kəskin tənqid edib. O, X platformasında yazaraq bildirib ki, New York Times saytında qızın adı ilə bağlı axtarış etdikdə heç bir məqalə ortaya çıxmır.

İlon Mask da mövzuya qoşulub

Hadisənin informasiya məkanında gizlədilməsi məsələsini ilk olaraq milyarder İlon Mask gündəmə gətirib. O iddia edib ki, iri amerikalı KİV-lər bu faciəni bilərəkdən görməzlikdən gəlirlər.

Qatilin kimliyi ilə bağlı mübahisə

Tramp jr. və digər mühafizəkar dairələrin iddiasına görə, ABŞ mediası bu mövzunu işıqlandırmır, çünki cinayəti törədən şəxsin qaradərili olması liberal mətbuat üçün “narahat” mövzudur.

Beləliklə, ABŞ-da həm sosial şəbəkələrdə, həm də siyasi dairələrdə hadisənin niyə geniş işıqlandırılmaması ilə bağlı ciddi müzakirələr başlayıb.

 

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr