AZ

"Fənərbağça"nın futbolçusu "Pafos"da

"Fənərbağça" müdafiəçi Oyjen Mimoviçin Kiprin “Pafos” klubuna keçidini Türkiyə Futbol Federasiyasına (TFF) rəsmən açıqladı.

Fanat.Az xəbər verir ki, Kipr təmsilçisi bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacağı üçün heyətini gücləndirməyə davam edir.

Mimoviçin transferi də komandanın əsas addımlarından biri kimi göstərilir.

Gənc müdafiəçinin yaxın günlərdə yeni komandasının məşqlərinə qatılacağı gözlənilir.

Qeyd edək ki, 2023-cü ildə "Srvena Zvezda"dan transfer olunan 21 yaşlı serbiyalının transfer dəyəri 3.5 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
25
fanat.az

1Mənbələr