AZ

AvtoVAZ 23 min “Niva” markalı avtomobili GERİ ÇAĞIRIR

AvtoVAZ Rusiyada 23 min “Niva” markalı avtomobili geri çağırır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Şirkət hava yastığı və təcili çağırış sisteminin olmaması səbəbindən 9 minə yaxın “Lada Legend” avtomobilini geri çağırır.

14 mindən çox “Lada Travel” avtomobili də təcili çağırış sisteminə nəzarət blokunun olmaması səbəbindən geri çağırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr