Fransa millisinin sabiq hücumçusu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.
QOL.az xəbər verir ki, 35 yaşlı futbolçu "Sakaryaspor"la anlaşıb. Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Ben Yederlə imzalanan müqavilənin detalları hələlik açıqlamayıb.
Qeyd edək ki, Vissam Ben Yedderin son klubu İranda "Sepahan" olub. O, "Tuluza", "Sevilya" və "Monalo"da da çıxış edib.