Tuba Büyüküstün "Zeytin Ağacı" serialındakı tərəfdaşı Şükrü Özyıldız ilə sevgili olması iddialarını təkzib edib.
BiG.AZ xəbər verir ki, o, türk mətbuatına bildirib.
"Zeytin Ağacı serialının 3-cü sezonundakı tərəfdaşım Şükrü ilə son zamanlarda bəzi maqazin hesabları tərəfindən yayılan eşq xəbərləri əsassızdır.
Bütün komandamızla birlikdə yenə möhtəşəm bir çəkiliş prosesi keçirdik" ,- deyə o bildirib.