AZ

İzmirdəki hücuma görə İran vətəndaşları saxlanıldı

ain.az, Moderator.az saytına istinadən bildirir.

İzmirdə 2 polis məmurunun həlak olduğu silahlı hücumla bağlı saxlanılanlar var.

Moderator.az “TRT haber”ə istinadən xəbər verir ki, hücumla əlaqəsi olduğu bildirilən 9 şübhəli nəzarətə götürülüb.

Məlumata görə, hücumu törədən 16 yaşlı E.B.-nin evindən mobil telefonu və kompüteri götürülüb.

Şübhəlinin internet və mobil telefon əlaqəsini yoxlamaq üçün xüsusi qrup yaradılıb.

Saxlanılanlar arasında İran vətəndaşlarının olduğu qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
6
moderator.az

7Mənbələr