AZ

Verstappen NLS yarışında iştirak edəcək

Dördqat Formula-1 çempionu, “Red Bull” pilotu hollandiyalı Maks Verstappen Nurburqrinq Endurance Series (NLS) yarışında debüt edəcək.

90deqiqe.Az-ın “Autosport”a istinadən yaydığı məlumata görə, səkkiz mərhələdən ibarət yarışın 7-ci və 8-ci turları 13–14 sentyabr tarixlərində Aifel dağlarındakı “Nürburgring-Nordschleife” trasında keçiriləcək. 

Hər bir mərhələ dörd saat davam edəcək və 27 yaşlı pilotçu hər iki yarışda iştirak etməyi planlaşdırır.

“Red Bull”un avtosport üzrə müşaviri Helmut Marko hollandiyalı ulduz sürücünün yarışda iştirakını təsdiqləyib. Lakin Ferstappen rəsmi icazə və müqavilə imzalamadan əvvəl “zəruri formalıqları” yerinə yetirməlidir. NLS-də iştirak üçün Almaniya Avtosport Federasiyasının (DMSB) rəsmi lisenziyası tələb olunur. Hollandiyalı pilot bu lisenziyanı almaq üçün cümə günü təlimlərə başlayacaq.

Qeyd edək ki, Ferstappen ötən həftəsonu İtaliya Qran-Prisində qalib gəlib və 72 dövrəni 1:13:24.325 vaxtla tamamlayıb.

Seçilən
86
90deqiqe.az

1Mənbələr