AZ

Origi "Milan"dan ayrılmaq istəmir

İtaliyanın “Milan” klubunun hücumçusu Divok Origi müqavilə müddəti bitənədək komandadan ayrılmaqdan imtina edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Milan News" məlumat yayıb.

Belçikalı oyunçunun heyətdən çıxarılması və mövsümün sonuna qədər ona ödəniləcək məbləğin yarısını alaraq müqaviləni pozmaq ehtimalı gündəmə gəlmişdi. Lakin, Origi hər hansı kompensasiya tələb etmədən kluba sadiq qalacaq. O, həmçinin İtaliyada vergilərlə bağlı öhdəliklərini yerinə yetirmək məqsədilə komandanı tərk etdikdən sonra müəyyən müddət ölkədə qalmalıdır.

Qeyd edək ki, Origi sonuncu dəfə 2024-cü ilin aprel ayında “Nottingham”ın heyətində meydana çıxmışdı.

Seçilən
47
90deqiqe.az

1Mənbələr