AZ

Pezeşkian Nyu Yorkda BMT nin yubiley sessiyasında iştirak edəcək

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

"Qanuna görə, Amerikanın İran nümayəndə heyətinin Nyu-Yorka səfərini məhdudlaşdırmaq hüququ yoxdur”

İran Prezidenti Məsud Pezeşkian sentyabrın 23-dən 30-dək Nyu-Yorkda (ABŞ) keçiriləcək BMT-nin yaradılmasının 80 illiyinə həsr olunmuş iclasda iştirak edəcək. AYNA.AZ-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

"Qanuna görə, Amerikanın İran nümayəndə heyətinin Nyu-Yorka səfərini məhdudlaşdırmaq hüququ yoxdur, lakin onlar bunu edirlər", - Bəqayi əlavə edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bu ay İslam Respublikasının BMT-dəki nümayəndə heyəti üçün xüsusi məhdudiyyətləri nəzərdən keçirir. Bu məhdudiyyətlər İran rəsmilərinin Nyu-Yorkdan kənarda hərəkətinə və topdansatış mağazalarında alış-verişə aid ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
ayna.az

1Mənbələr