Rusiya işğalçıları növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıblar. Ukrayna bu cür hücumlara cavab verəcək.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Dövlət başçısının sözlərinə görə, o, baş komandanlığın iclasını keçirib, ilk növbədə texnoloji məsələlər müzakirə olunub:
“Bu, hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin mövcudluğuna, istehsal qrafikinə və çatdırılma cədvəlinə aiddir”.