AZ

Çağdaş Atan “Başakşəhər”dən istefaya göndərildi

Türkiyə Super Liqasında mübarizə aparan “Başakşəhər” komandasının baş məşqçisi Çağdaş Atan vəzifəsindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tərəflər arasında müddəti 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqavilə var idi.

Xatırladaq ki, Çağdaş 2023-cü ilin sentyabr ayından “Başakşəhər”i çalışdırırdı. O, İstanbul təmsilçisini bütövlükdə 98 oyuna çıxarıb. “Başakşəhər” bu görüşlərdə 47 qələbə, 22 heç-heçə və 29 məğlubiyyət görüb.

“Başakşəhər” Türkiyə Super Liqasında 2025/2026-cı illər mövsümünə uğursuz başlayıb. Komanda Türkiyə Super Liqasının yeni mövsümündə keçirdiyi 2 oyunda heç-heçə ilə kifayətlənib. İstanbul klubu Avropa Konfrans Liqasında da Liqa mərhələsinə vəsiqə qazana bilməyib.

Çağdaş Atan daha öncə “Kayserispor”un və “Alanyaspor”un da baş məşqçisi olub, “Beşiktaş”da köməkçi məşqçi kimi çalışıb.

error: Məzmun qorunur!
Seçilən
51
2
arena.az

2Mənbələr