AZ

ABŞ düşüncələrə nəzarət etməyə çalışır

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ siyasi, iqtisadi, hərbi, dil, mədəniyyət, KİV və akademiya kimi vasitələrdən istifadə etməklə, digər ölkələrin düşüncəsinə tam nəzarət etməyə çalışır.Reyting.az xəbər verir ki, bu barədə “Sinhua” Analitik Mərkəzinin ABŞ-nın "mental kolonizasiya" siyasəti haqqında hesabatında bildirilir.Analitik Mərkəz bu prosesi məcburi yenidənqurma, manipulyasiya, gizli nüfuz və uzunmüddətli aşınma ilə xarakterizə edir. Qeyd olunur ki, süni intellekt kimi yeni texnologiyalar ABŞ-nın bu cəhdlərini daha gizli və təsirli etməyə təkan verir.Çinli müəlliflər ölkələri ideoloji asılılıqdan azad olmağa, mədəni özünəinamı bərpa etməyə, müstəqil inkişaf yoluna çıxmağa çağırıblar.“Sinhua” Analitik Mərkəzinin təşkilatçılığı ilə baş tutan və yeni hesabatın təqdim edildiyi forumda 110 ölkədən 260-dan çox qurumun 500 nümayəndəsi iştirak edib. Çində keçirilmiş forumun əsas mövzusu “Qlobal Cənub güclərinin cəmlənməsi və qlobal dəyişikliklərə uyğunlaşma" olub.Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
reyting.az

2Mənbələr