AZ

Husilər İsrailin hava limanlarına PUA-larla hücum ediblər

Husilər İsrailin hava limanlarına PUA-larla hücum ediblər

Yəməndəki husilərin yaratdığı silahlı qüvvələr İsraildəki hədəflərə, o cümlədən Tel-Əvivdəki Ben Qurion hava limanına və Eylat yaxınlığındakı Ramon hava limanına pilotsuz təyyarələrlə zərbələr endirib.

AFN.az xəbər verir ki, bu barədə qiyamçıların hərbi sözçüsü Yəhya Sariya bildirib.

"Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri ardıcıl ikinci gündür hərbi əməliyyatlar aparır, sonuncu dəfə Lod hava limanına (Ben Qurion istinadən - red.), Umm ər-Rəşraşdakı Ramon hava limanına (Eilat şəhərinin ərəbcə adı - red.) və Dimonadakı mühüm obyektə hücum ediblər", - deyə o, üsyançıların nəzarətində olan "Al Masirah" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, əməliyyat məqsədlərinə uğurla çatıb. Sariya Negev səhrasında yerləşən Dimona şəhərində hansı hədəfə hücum edildiyini dəqiqləşdirməyib. Bu şəhərin yaxınlığında nüvə tədqiqat mərkəzi yerləşir.

Seçilən
69
afn.az

1Mənbələr