AZ

Paşinyan BMT sessiyasında çıxış edəcək

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Report-a BMT Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç məlumat verib.

Onun sözlərinə görə, Paşinyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının kürsüsünə çıxacaq və natiqlər siyahısında 9-cu olacaq.

Qeyd edək ki, hazırda BMT-nin Nyu-Yorkdakı əsas qərargahında keçiriləcək Baş Assambleyanın "Yüksək Səviyyəli Həftə"sinə ciddi hazırlıqlar gedir.

Dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, Braziliya Prezidenti açılış nitqi ilə çıxış edəcək, sonra isə ABŞ Prezidenti Donald Tramp nitq söyləyəcək.

Bu il 80-ci dəfə keçiriləcək "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
13
axar.az

10Mənbələr