Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Slovakiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində bir nəfər həlak olub, daha 28 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Avtosfer.az Slovakiya KİV-inə istinadən xəbər verir ki, qəza Drenovets kəndi yaxınlığında baş verib. "Qəza nəticəsində avtobus sürücüsü həlak olub. Qəza zamanı avtobusda sürücü də daxil olmaqla 33 sərnişin olub", - yerli polis bildirib. Hadisə yerinə təcili tibbi yardım xidmətinin yeddi briqadası və xilasetmə helikopteri göndərilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.