AZ

"Onu 150 milyona heç vaxt almazdıq"

“Bavariya”nın idarə heyətinin üzvü Uli Höness transfer bazarı ilə bağlı fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Höness bildirib ki, Münhen klubu futbolçulara həddindən artıq pul xərcləmək niyyətində deyil:

“Biz ‘Bavariya’da çox məmnunuq. Yay transfer pəncərəsinin əsl qalibləri bizik. Güclü komandamız var və onu çox gücləndirməyə ehtiyacımız yox idi. Əlbəttə, biz Florian Virtsi istəyərdik, amma onu 150 milyon avroya heç vaxt almazdıq”, — deyə Höness "Goal" portalına açıqlamasında bildirib.

Qeyd edək ki, yay transfer pəncərəsində Florian Virts “Bayer”dən “Liverpul”a keçib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, futbolçunun transferi 125 milyon avro təşkil edib və bu məbləğ mümkün bonuslar nəzərə alınmadan göstərilib.

Seçilən
99
90deqiqe.az

1Mənbələr