Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat verib.
Ailə üzvlərinin verdiyi məlumata görə, xalq rəssamı bir neçə saat əvvəl yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Nazim Bəykişiyev bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.