ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Yuxu keyfiyyətini artırmaq və səhər sağlam oyanmaq üçün düzgün yastıq seçimi vacibdir.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, yastığın əsas vəzifəsi baş və boyunu neytral vəziyyətdə saxlayaraq onurğanın düzgün düzülüşünü təmin etməkdir. Yanlış seçim baş, boyun və çiyin ağrılarına səbəb ola bilər.
Yastıq seçərkən diqqət ediləcək əsas məqamlar
* Rahat olmalı, amma dəstəkdən güzəştə getməməlidir.
* Çox sərt olmamalı, ancaq onurğa xəttini qoruyacaq qədər möhkəm olmalıdır.
* Yuxu mövqeyinə uyğun seçilməlidir: yan, arxası üstə və ya üzü üstə yatanlar üçün fərqli yastıq tipləri daha uyğundur.
Yuxu vəziyyətinə görə doğru seçim
* Yan yatış: Yastıq çiyin ilə qulaq arasındakı boşluğu doldurmalıdır. Omuz yastığa qoyulmamalıdır.
* Arxası üstə yatış: Daha nazik yastıq seçilməlidir, çünki baş və boyun arasındakı boşluq kiçikdir.
* Üzü üstə yatış: Mütəxəssislər bu pozisiyanı sağlamlıq baxımından məsləhət görmür. Əgər bu vəziyyətdə yatmaq adətdirsə, çox incə və ya yastıqsız yatmaq daha uyğundur.
Bədən quruluşunun rolu
Yastıq seçimi şəxsin bədən ölçülərinə görə dəyişir. Boyun qalınlığı və çiyin genişliyi nəzərə alınmalıdır. İnce bədən quruluşlu bir insan daha böyük yastığa ehtiyac duya bilər.
Material növləri
* Poliester: Ucuz, yuyula bilən, amma davamlı deyil.
* Qaz və quş lələyi: Yumşaq və komfortludur, lakin dəstəyi azdır və rütubətli mühitdə tez formasını itirir.
* Yaddaş köpüyü (memory foam): Bəzi insanlar üçün çox rahatdır, digərlərində boyun ağrılarını artırır. İstilik tutma və qoxu problemi ola bilər.
* Pambıq: Təbii və qoxusuzdur, amma digər materiallara nisbətən daha az davamlıdır.
Xüsusi iddialı yastıqlara diqqət
"Anti-xorultu”, "soyuq saxlayan” və ya "ortopedik” adlanan yastıqların effektivliyi elmi cəhətdən tam sübut olunmayıb. Ən yaxşı seçim, sadəcə uyuma pozisiyanıza və bədən quruluşunuza uyğun olan yastığı sınayıb almaqdır.
Yastığı sınamaq və alışmaq
Mütəxəssislər yeni yastığı ən az 5–15 dəqiqə sınaqdan keçirməyi və bir neçə gün alışmaq üçün vaxt verməyi tövsiyə edirlər. Əgər səhərlər boyun tutulması yaşanırsa, yastıq düzgün seçilməmiş ola bilər. Bu halda yüngül dartınma və masaj rahatlamağa kömək edə bilər.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.