Almaniya kansleri Fridrix Merz deyib ki, vahid Avropa Birləşmiş Ştatlarla münasibətlərdə saxta nostaljidən uzaq durmalı və bunda öz maraqlarını aydın şəkildə müəyyən etməlidir...
Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, o, bunu Berlində bu ölkənin Xarici İşlər Nazirliyinin binasında Almaniya səfirlərinin konfransında deyib.
"Birləşmiş Ştatlar digər məsələlərlə yanaşı, öz maraqlarını yenidən qiymətləndirir və bu, son bir neçə gündə baş verməyib", Almaniya lideri qeyd edib.
Onun fikrincə, Avropa da eyni şəkildə hərəkət etməlidir.
“Birləşmiş Ştatlar bizim ən mühüm tərəfdaşımız olaraq qalacaq, biz əməkdaşlığa can atırıq, sıx koordinasiyaya və əməkdaşlığa hazırıq, lakin aydın olur ki, bu tərəfdaşlıq özünü daha az büruzə verəcək”, o əlavə edib.
Poliqon.info