AZ

“Camaat ət ala bilmir, çox bahadır” Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda mal əti bahalaşıb.

“Qafqazinfo”nun məlumatına görə, qəssablar bildirirlər ki, yeni qiymətlərlə mal ətinin 1 kilosu 16-17, quzu isə 20-21 manatdır.

Qəssabların sözlərinə görə, xüsusilə mal ətindən müşahidə olunan qiymət artımı rayonlarda heyvanların baha olması ilə əlaqəlidir:

“Alıcı qüvvəsi də yoxdur. Camaat ət ala bilmir. Çox bahadır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.

Ətraflı “Baku TV”nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
6
qafqazinfo.az

8Mənbələr