İzmirdə 2 polis məmurunun həlak olduğu silahlı hücumla bağlı saxlanılanlar var.
“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, hücumla əlaqəsi olduğu bildirilən 9 şübhəli nəzarətə götürülüb.
Məlumata görə, hücumu törədən 16 yaşlı E.B.-nin evindən mobil telefonu və kompüteri götürülüb.
Şübhəlinin internet və mobil telefon əlaqəsini yoxlamaq üçün xüsusi qrup yaradılıb.
Saxlanılanlar arasında İran vətəndaşlarının olduğu qeyd edilib.
"Cebheinfo.az"