AZ

Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücumla bağlı 9 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyənin İzmir vilayətinin Balçova rayonunda polis bölməsinəsilahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 9 nəfərsaxlanılıb.

Trend-inməlumatına görə, hücumu törədən 16 yaşlı şəxsin evindən mobiltelefonu və kompüteri götürülüb.

Həmin şəxsin ailesinin təxminən 30 il əvvəl Kayseridən İzmirəköçdüyü öyrənilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmə atasının ov tüfəngi iləhüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Polis rəisi vəzabitlərdən biri həlak olub, daha iki təhlükəsizlik əməkdaşıyaralanıb, birinin vəziyyəti ağırdır. İzmir Baş Prokurorluğugenişmiqyaslı araşdırmalara başlayıb.

Seçilən
87
2
az.trend.az

2Mənbələr