AZ

Vəfat edən Nazim Bəykişiyevin son görüntüləri

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Dünən axşam saatlarında vəfat edən Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyevin son görüntüləri yayılıb.

Baku TV-nin əməkdaşı mərhumun vəfatına bir neçə saat qalmış onun evində olub və həyat yoldaşı Raya Bəykişiyeva ilə söhbətləşib.

Qeyd edək ki, Nazim Bəykişiyev 1948-ci ildə anadan olub. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında əmək fəaliyyətinə başlayıb. Daha sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu və baş rəssam kimi çalışıb.

2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olan Bəykişiyev burada bir sıra tamaşaların bədii tərtibatını verib. O həmçinin Bakı Dövlət Şəkil Qalereyasında, Orcenikidze Kukla Teatrında və Rus Dram Teatrında da fəaliyyət göstərib.

2002-ci ildə Əməkdar rəssam, 2007-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Ətraflı süjetdə:

Vəfat edən Nazim Bəykişiyevin son görüntüləri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
7
oxu.az

10Mənbələr