Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Apellyasiya Şurasının fəaliyyəti xüsusi qaydalarla tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nda əksini tapıb.
Şuranın sədrini Agentliyin sədri təsdiq edir, digər üzvlər isə sədrin təqdimatı əsasında təsdiqlənir. Katibliyin rəhbəri və tərkibi də eyni qaydada müəyyən edilir. Şura həmçinin sahibkarların və namizədlərin şikayətlərinə baxan ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.