İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandasını 5:4 hesabı ilə qalib gəldikləri İsraillə oyun haqda təəssüratlarını bölüşüb.
İdman.biz bildirir ki, qələbə qolunu matçın 90+1-ci dəqiqəsində Sandro Tonali vurub. Alessandro Bastoni və Manuel Lokatelli öz qapılarına qol vurublar.
"Bu gün dəhşət oldu. Başlanğıcda bizi bir az təəccübləndirdilər, amma hər dəfə irəli getdikcə onlara problemlər yaratdıq. Bu gün ən yaxşı formada deyildik və bu başa düşüləndir, ikinci oyunu oynayanda həmişə belə olur. Qələbə qazandıq, bu son dərəcə vacib idi. Biz qəzəblənirik, çünki gülünc qollar buraxdıq.
Biz çox kövrəkik, çox asanlıqla qol buraxırıq. Amma bu, futbolçuların tənqidi deyil, bu mənim problemimdir və bunu heyətimlə birlikdə təkmilləşdirməliyəm. Üzümüzə vurulan hər silləyə reaksiya vermək gücündə olan uşaqların haqqını verməliyik. Ən yaxşı günümüz olmasa da, bu gün reabilitasiya üçün ürəklərini və ruhlarını qoydular. Bunun üzərində işləməyə davam etməliyik. Gəlin bundan həzz alaq, inanılmaz səkkiz gün oldu. Uşaqları təbrik edirəm, indi onlara təşəkkür edəcəyəm, amma vacib nəyəsə nail olmaq istəyiriksə, təkmilləşmək lazımdır”, - La Gazzetta dello Sport Qattuzodan sitat gətirir.
İdman.biz