AZ

“WhatsApp”a “Canlı foto” funksiyası gəldi - Görüntülər belə göndəriləcək

“WhatsApp” fotolarla bağlı yenilik üzərində işləyir.

“Live Photo” adlı yeni funksiya ilə istifadəçilər “Canlı” rejimdə çəkilmiş animasiyalı fotoları göndərə biləcək. Yenilik “WhatsApp”ın iOS versiyasında müşahidə edilib. “Canlı foto” funksiyası ilə iPhone-la çəkilmiş və fotoşəkildən bir neçə saniyə əvvəlki görüntüləri “WhatsApp”da göndərmək mümkün olacaq. Göndərilən fotoşəkillərdə canlı olduğunu göstərən loqo da olacaq.

Məlumata görə, “Canlı Foto”da audio da yer alacaq. Bildirilir ki, istifadəçi iPhone-un Şəkillər proqramı kimi həm audio, həm də animasiya ilə “WhatsApp”da şəkillər göndərə bilər. \\Metbuat.az

Seçilən
36
2
hurriyyet.az

3Mənbələr