AZ

Əfqanıstanda həbs edilən rusiyalı alim sərbəst buraxıldı

BAKI, 9 sentyabr. TELEQRAF

2025-ci ilin iyulunda Əfqanıstanda həbs edilən rusiyalı etnoqraf Svyatoslav Kaverin azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən məlumat verilib.

"Bu gün axşam saatlarında Rusiya vətəndaşı Svyatoslav İqoreviç Kaverin adi reyslə Kabildən Moskvaya uçub. Onun azadlığa buraxılması səfirliyin gərgin əməyinin nəticəsi olub", - diplomatik nümayəndəliyin bəyanatında deyilir.

Svyatoslav Kaverin 2025-ci il iyulun ortalarında Kunduzda həbs edilib. O həbs olunduğunu iyulun 19-da Telegram kanalında elan edib: “Məni Kunduzda qızıl-zinət əşyalarının qaçaqmalçılığına cəhdinə görə həbs ediblər, indi məni Kabilə, kəşfiyyat idarəsinə aparırlar”.

Svyatoslav Kaverin Ermənistan-Rusiya Universitetinin Şərqşünaslıq İnstitutunda işləyir.

Seçilən
36
2
teleqraf.com

3Mənbələr