AZ

"Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər"

Bir neçə gün əvvəl Putinlə bağlı xəbərlər yayılmışdı. İddia olunur ki, Putin orqanlarını yeniləməklə "ölümsüz" olmaq istəyir. Bu açıqlama günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur.

Bəs insan maksimum nə qədər yaşaya bilər?

Milli.Az xəbər verir ki, Edinburq Universitetinin Roslin İnstitutunun immunologiya şöbəsinin müdiri, professor Nil Mabbott BBC-yə açıqlamasında bildirib ki, insan ömrü üçün nəzəri maksimum hədd 120-125 ildir.

Professorun sözlərinə görə, orqan köçürülməsi insan həyatını xeyli uzada bilər, amma heç bir texnologiya ömrü sonsuz edə bilməz. Hazırda böyrək, qaraciyər və ya ürək transplantasiyası milyonlarla insanın həyatını xilas edir. Donor orqanlar düzgün baxılsa, illərlə xidmət edə bilir, amma əməliyyat risklidir və immuniteti zəiflədən dərmanlar insanı infeksiyalara qarşı həssas edir.

Alim qeyd edir ki, gələcəkdə "ideal" orqanlar yaratmaq məqsədilə genetik olaraq modifikasiya olunmuş donuz orqanları və insan kök hüceyrələrindən yetişdirilmiş toxumalar üzərində iş gedir. İlk təcrübələr aparılıb, lakin süni və ya donuz orqanları yalnız qısa müddət üçün işləyib.

Nil Mabbott vurğulayıb ki, hətta orqanları müntəzəm dəyişmək mümkün olsa da, insan bədəni sistematik olaraq qocalacaq. Yaş artdıqca bədən infeksiyalara, travmalara və stresə daha çətin adaptasiya olunur.

"Yeni texnologiyalar uzun və sağlam həyat üçün imkan yaradır, amma "ölümzsüzlük" hələ ki, fantaziya olaraq qalır," - deyə professor əlavə edib.

İsmayıl
Milli.Az

Seçilən
19
1
milli.az

2Mənbələr