BAKI, 9 sentyabr. TELEQRAF
BMT Baş Assambleyasının növbəti, sayca 80-ci sessiyası 9 sentyabrda işinə başlayacaq.
Teleqraf xəbər verir ki, Filemon Yanqın sədrliyi ilə Baş Assambleyanın 79-cu sessiyasının son iclası keçiriləcək və o, səlahiyyətlərini Almaniyanın keçmiş xarici işlər naziri, Baş Assambleyanın 80-ci sessiyasının sədri Annalena Berboka təhvil verəcək.
Yeni sessiyanın əsas hadisəsi 23-27 sentyabr, həmçinin 29 sentyabr tarixlərində keçiriləcək yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr olacaq. Bu müddət ərzində ümumilikdə 195 nümayəndə heyətinin çıxışı gözlənilir.