AZ

Arina Sabalenka "US Open 2025"dəki qələbəsini necə qeyd edib - FOTO

Yunan əsilli braziliyalı iş adamı Georgios Franqulis sevgilisi, dünyanın birinci raketkası belaruslu Arina Sabalenkanın "US Open 2025"dəki qələbəsini qeyd etmək üçün məclisdən fotoları şəxsi sosial media səhifəsində yerləşdirib.

İdman.biz bildirir ki, "US Open 2025"in finalında Arina Sabalenka amerikalı Amanda Anisimovanı 6:3, 7:6 hesabı ilə məğlub edib.

"Ups... o, bunu yenə etdi", - Frangoulis paylaşımın altına yazıb.

Belaruslu tennisçi titulunu qoruya bilib və "Böyük Dəbilqə" turnirlərinin dördqat qalibi olub.

Nyu-Yorkdakı kubok Sabalenkanın karyerasında 21-ci, 2025-ci ildə isə dördüncü kuboku olub.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr