AZ

Tbilisi meri müxalifətə xəbərdarlıq etdi:QANUNSUZ HƏRƏKƏTLƏRƏ SƏRT REAKSİYA VERİLƏCƏK

Müxalifətin "hökumət yerli seçkilərdə çoxlu sürprizlər gözləməlidir" kimi bəyanatları ölkədə sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdür.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Tbilisi meri Kaxa Kaladze Milli Hərəkatın üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən deyib.

 

O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və cəmiyyətdə sualların yaranmasına yönəlib: "Bütün qanunsuz hərəkətlərə müvafiq qurumlar tərəfindən sərt reaksiya veriləcək"

 

Paytaxt meri əlavə edib ki, hökumət qarşıdan gələn seçkilərdə qalib gələcəyinə əmindir: “Oktyabrın 4-də keçiriləcək seçkilər kifayət qədər vacibdir və mən əminəm ki, gürcü xalqının dəstəyi ilə biz bütün bələdiyyələrdə qələbə qazanacağıq”.

Seçilən
78
senzor.az

1Mənbələr