AZ

KİV: Avropa Komissiyası bu həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək

BAKI, 9 sentyabr. TELEQRAF

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini artıq bu həftə təqdim etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” adı açıqlanmayan diplomatlara istinadən məlumat yayıb.

Sentyabrın 12-dək açıqlanması gözlənilən sanksiyalar siyahısına iki Mərkəzi Asiya ölkəsinin bankları da daxil olacaq.

Xatırladaq ki, 18-ci sanksiyalar paketində Çinin iki bankına, həmçinin Hindistanın ən böyük neft emalı zavodu olan “Nayara”ya qarşı məhdudiyyətlər tətbiq olunub.

Seçilən
13
teleqraf.com

1Mənbələr