AZ

"Porto" Okan Buruku yalan danışmaqda günahlandırıb

"Porto" klubu "Qalatasaray"ın baş məşqçisi Okan Burukun açıqlamalarından sonra hərəkətə keçib.

İdman.biz xəbər verir ki, Buruk, "Porto" klubunun portuqaliyalı qapıçısı Dioqo Kosta üçün 45 milyon avroluq transfer haqqı istədiyini bildirmişdi.

"Porto" rəsmiləri Okan Burukun açıqlamalarının həqiqətə uyğun olmadığını və klubun reputasiyasına xələl gətirdiyini deyiblər. Onlar həmçinin bildiriblər ki, Dioqo Kostaya görə 45 milyon avro tələb olunduğu barədə xəbərlər yalandır.

"Porto" "Qalatasaray"a rəsmi məktub göndərərək, qapıçının sərbəst qalma məbləğinin 75 milyon avro olduğunu bildirib.

İdman.biz

Seçilən
46
1
idman.biz

2Mənbələr