Bakı. Trend:
“Səbail” PFK 2025/2026 mövsümü üçün heyətini yeni oyunçu iləgücləndirib.
Trend-in məlumatına görə, klub İsrailin “Hapoel Umm Al-Fahm”komandasında çıxış etmiş, 20 yaşlı qanalı cinah yarımmüdafiəçisiYakubu Mustafa ilə 1+1 illik müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Xatırladaq ki, “Səbail” hazırda I Liqada çıxış edir.