BAKI, 9 sentyabr. TELEQRAF
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson vəzifədə olarkən öz mövqeyindən istifadə edərəkfaydalı beynəlxalq əlaqələr qurub və 2022-ci ildə istefaya getdikdən sonra biznes sövdələşmələri bağlamaq üçün onlardan istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzetində dərc olunmuş materialda deyilir.
Məlumat elektron məktublar, hesablar və işgüzar əlaqələrlə bağlı bir neçə sızmanın nəticəsində ortaya çıxıb. "Boris dosyesi"ndə göstərilir ki, Conson yüksək vəzifəli xarici məmurlar qarşısında özəl qurumların maraqlarının lobbiçisi qismində çıxış edib.
Nəşrin məlumatına görə, özü bunu təkzib etsə də, keçmiş baş nazir Venesuela Prezidenti Nikolas Maduro ilə görüşdən sonra 200 min funt sterlinqdən çox pul alıb.