BAKI, 9 sentyabr. TELEQRAF
Zimbabvedə yerləşən Sabl vadisində turistlər fil ilə bal porsuğu arasında döyüşün şahidi olublar.
Teleqraf xəbər verir ki, su içmək üçün sakitcə istirahət edən fil aqressiv bal porsuğunun gözlənilməz hücumuna məruz qalıb.
Fil rəqibinə bir neçə zərbə endirsə də, cəsarətli bal porsuğu geri çəkilmək niyyətində olmayıb.
Qarşıdurmanın sonunda fil güclü pəncə zərbəsi bal porsuğunu uzaqlaşdırmağa nail olub.
Qeyd edək ki, bal porsuqları inanılmaz cəsarətləri və inadkarlıqları ilə məşhurdurlar. Onlar ilan və əqrəb zəhərlərinə qarşı davamlıdırlar və həmçinin şirlər kimi daha böyük yırtıcılardan ovlarını geri almaq qabiliyyətinə malikdirlər.