Çin, Rusiya və Monqolustanın Silahlı Qüvvələri “Sərhəd əməkdaşlığı – 2025” adı altında sərhədlərin qorunmasına dair birgə hərbi təlimlərə başlayıblar.
APA xəbər verir ki, bu barədə “TASS" məlumat yayıb.
Məlumata görə, Çin, Rusiya və Monqolustanın sərhəd qoşunlarının ilk birgə təlimləri 8–9 sentyabr tarixlərində üç ölkənin sərhəd bölgələrindən birində keçirilir.
Təlimlərin məqsədi sərhəd təhlükəsizliyi sahəsində mövcud təhdidlərə qarşı mübarizədə üçtərəfli strateji əməkdaşlığı gücləndirmək və qarşılıqlı etimadı artırmaqdır.