AZ

Maduro ABŞ HDQ-nin Karib dənizində yerləşdirilməsini Venesuelaya qarşı təcavüz adlandırdı

BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ hərbi-dəniz qüvvələrinin (HDQ) Karib dənizində yerləşdirilməsi Bolivar Respublikasına qarşı təcavüzdür.

Teleqraf xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.

“Beynəlxalq informasiya agentlikləri "Venesuela ilə ABŞ arasında gərgin münasibətlərin olduğunda israr edirlər, lakin düzgün ifadə gərginlik deyil, təcavüzdür", - o bildirib.

Prezident qeyd edib ki, ABŞ Venesuela sahilləri yaxınlığında 8 hərbi gəmi, 1200 raket və atom sualtı qayığı yerləşdirib.

O vurğulayıb ki, Venesuela xalqı və Milli Bolivar Silahlı Qüvvələri (FANB) ölkənin ərazi bütövlüyünü, sülhü və gələcəyi qoruyacaq.

Seçilən
12
teleqraf.com

1Mənbələr