AZ

IFC dayanıqlı layihələrə özəl investisiyaların cəlb edilməsində Azərbaycana dəstək verməyə hazırdır (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektorun inkişafı vəiqtisadi dayanıqlılığa dair ortaq öhdəliyə əsaslanan Azərbaycan iləgüclü tərəfdaşlığını yüksək qiymətləndirir.

Bu barədə Trend-əözəl müsahibəsində IFC-nin Avropa departamentinin direktoru İnesRoça bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatını şaxələndirməyəvə neft-qaz sektorundan asılılığını azaltmağa çalışdığı bir vaxtdaözəl sektor dayanıqlı inkişafın təmin edilməsində, iş yerlərininyaradılmasında və rəqabət qabiliyyətinin artırılmasında əsas roloynayır. Dünya Bankı Qrupunun Azərbaycanla tərəfdaşlıq strategiyasıçərçivəsində IFC daha rəqabətədavamlı, inklüziv və ekoloji cəhətdəndayanıqlı iqtisadiyyatın yaradılmasına kömək etməyə yönəlib. IFCinfrastruktur, enerjiyə çıxış və davamlılıq kimi prioritet sahələrəözəl investisiyaları dəstəkləyir. Yaşıl maliyyəyə, qadınsahibkarlara dəstək, kənd təsərrüfatı, su ehtiyatları, nəqliyyat vərəqəmsal infrastruktur sahələrində özəl sektorun iştirakınınartırılmasına xüsusi diqqət yetirilir.

"Yaxın perspektivdə IFC kənd təsərrüfatı, su təhlükəsizliyi vədavamlı tikintiyə üstünlük verir. Kənd təsərrüfatında biz kiçikfermerlərə dövriyyə kapitalına daxil olmaq və qlobal təchizatzəncirlərinə inteqrasiya etmək üçün məhsul və anbar qəbzləri kimiinnovativ maliyyə alətlərini təşviq edirik.

Su təsərrüfatı sahəsində biz su qıtlığı problemini həll etməyi,o cümlədən duzsuzlaşdırma və çirkab suların təmizlənməsilayihələrinin maliyyələşdirilməsini əhatə edən davamlı suehtiyatlarının idarə olunması strategiyalarını dəstəkləməkləplanlaşdırırıq. Tikinti sahəsində isə IFC “yaşıl” inşaatıninkişafına töhfə verir. Buna misal olaraq IFC tərəfindənhazırlanmış innovativ yaşıl tikinti sistemi olan EDGEsertifikatlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə əhəmiyyətlienerji qənaətinə və su sərfiyyatının azaldılmasına nail olmuşAlatBay logistika mərkəzini göstərmək olar. Biz həmçinindavamlılığı və əlaqəni yaxşılaşdırmaq üçün nəqliyyat, logistika vəelektrik mobillik imkanlarına baxırıq", - deyə IFC-nin departamentdirektoru bildirib.

Azərbaycanın yaşıl enerjiyə keçidi əsas prioritet olaraqqalır

Onun sözlərinə görə, Azərbaycanın “yaşıl” enerjiyə keçidi əsasprioritetdir və IFC ölkədə bərpa olunan enerji sektorununinkişafına dəstək verməyə hazırdır. Bu sahədə potensialəhəmiyyətlidir - günəş enerjisinin texniki potensialı 23 QVt, dənizkülək enerjisi isə 157 QVt səviyyəsində qiymətləndirilir. Regionalenerji nəqli infrastrukturunun inkişafı Azərbaycana özresurslarından istifadə etməyə və yaşıl enerjinin qlobalixracatçısı kimi mövqeyini möhkəmləndirməyə kömək edəcək.

"Bərpa olunan enerjiyə keçidin 2060-cı ilə qədər 44 milyarddollar investisiya tələb edəcəyi təxmin edilir (Dünya Bankınınİqlim və İnkişaf Hesabatına əsasən). Sektor ehtiyaclarını maliyyəimkanları ilə uyğunlaşdırmaq üçün IFC investisiya və məsləhətxidmətləri təklif edir. Məsələn, ötən il IFC Azərbaycanın aparıcıbanklarından biri olan Bank Respublika-ya 20 milyon dollar millivalyutada maliyyə ayırıb. Vəsaitin yarısı KOB-lar və aztəminatlıailələr tərəfindən həyata keçirilən layihələrə yönəldilib", - deyəo qeyd edib.

Onun sözlərinə görə, Bakıda COP29-un verdiyi töhfəyəəsaslanaraq, IFC Azərbaycanın bu sahədə planlarını vəprioritetlərini dəstəkləməyə sadiq qalır. Məsələn, ümumi enerjiistehlakının 22,6 faizini təşkil edən nəqliyyat sektorudekarbonizasiya üçün mühüm imkanlar təqdim edir. IFC elektriklinəqliyyat vasitələri üçün vergi güzəştləri və avtobus parkınındavam edən modernləşdirilməsi kimi hökumət təşəbbüslərinialqışlayır.

"Hökumət lazımi tənzimləyici, siyasət və institusionalçərçivələri inkişaf etdirdikcə, IFC dəyər zənciri boyunca özəlsektor həllərinin açılmasına kömək edə bilər və Azərbaycanınməqsədlərinə uyğun gələn davamlı investisiyaları asanlaşdıra bilər.Birgə işləməklə, biz ölkənin aşağı karbonlu iqtisadiyyata keçidinəkömək edə, eyni zamanda iqtisadi artımı stimullaşdıra vədayanıqlılığı artıra bilərik", - deyə o bildirib.

Maliyyələşdirmə, rəqəmsallaşma və dövlət-özəltərəfdaşlığı vasitəsi ilə davamlı artım

"IFC kiçik və orta müəssisələrin (KOB) maliyyəyə çıxışınınyaxşılaşdırılmasına böyük əhəmiyyət verir, onların iqtisadiyyatdakımühüm rolunu dərk edir. Biz kiçik biznesi maliyyələşdirmək üçünBank Respublika kimi yerli banklarla əməkdaşlıq edirik. Gələcəkdəbiz bu sahəni mövcud və yeni tərəfdaşlarla genişləndirməyiplanlaşdırırıq.

İnvestisiyalardan əlavə, IFC davamlı maliyyə və korporatividarəetmə təcrübələrinin inkişafına yönəlmiş məsləhət xidmətlərigöstərir. Biz həmçinin daşınar aktivlərin (inventar, avadanlıq vəs.) girov kimi istifadəsinə imkan verən aktivlərə əsaslananmaliyyələşdirməni təşviq edirik. Azərbaycan Banklar Assosiasiyasıilə birlikdə biz KOB-ların maliyyəyə çıxışını genişləndirəcək milliaktivlə təminatlı kreditləşdirmə aləti işləyib hazırlayırıq", -deyə o bildirib.

Departament direktoru qeyd edib ki, IFC Azərbaycanın rəqəmsalbankçılığın inkişafı və maliyyə xidmətlərinin genişləndirilməsi,xüsusən də kənd və ucqar ərazilər üçün səylərini dəstəkləyir.Beynəlxalq Maliyyə Korporasiyası Mərkəzi Bank tərəfindən nəzarətedilən mühitdə innovativ rəqəmsal məhsulların sınaqdankeçirilməsinə imkan verəcək tənzimləyici “qum qutusu”nun işəsalınmasını alqışlayır.

O bildirib ki, özəl sektor səviyyəsində IFC qabaqcıltexnologiyalar və təcrübələri tətbiq etməklə bankların rəqəmsaltransformasiyası üçün məsləhətlər verir. Bu, sektorunmodernləşdirilməsinə töhfə verir və rəqəmsal iqtisadiyyatdaəhalinin və biznesin maliyyə alətlərinə çıxışını genişləndirir.

"Azərbaycanın Orta Dəhlizdə strateji yerləşməsini nəzərə alaraq,yük dövriyyəsini artırmaq üçün Bakı Dəniz Limanınıngenişləndirilməsi planları regional ticarətin gücləndirilməsi üçünmühüm imkanlar yaradır.

Özəl sektorun cəlb edilməsi bu cür layihələrin səmərəliliyini vədavamlılığını əhəmiyyətli dərəcədə artıra bilər. Aydın dövlət-özəltərəfdaşlıq modelləri hökumət nəzarəti və özəl təşəbbüs arasındabalans təmin etməklə belə iştiraka kömək edir. IFC Azərbaycanlimanlarının milli prioritetlərə uyğun inkişafına kömək edəcəkdövlət-özəl tərədaşlıq layihələri üçün investisiya və məsləhətdəstəyinin göstərilməsi sahəsində geniş beynəlxalq təcrübəyəmalikdir", - deyə o qeyd edib.

IFC Azərbaycanda dəmir yol modernləşdirilməsini vəlogistikasını dəstəkləyir

İ.Roçanın sözlərinə görə, IFC Cənubi Qafqazdan keçən Avropa vəAsiya arasında əsas marşrut olan Orta Dəhlizdə Azərbaycanınstrateji əhəmiyyətini tanıyır. Artan yükdaşımaları kontekstindəAzərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrəsəyləri böyük əhəmiyyət kəsb edir.

"Biz bu prosesləri dəstəkləməyə, xüsusən də daşımalarınetibarlılığını və səmərəliliyini artıracaq yükdaşıyıcıların hərəkətheyətinin yenilənməsinə sərmayə qoymağa hazırıq. Bu, Azərbaycanaregional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməyə vədayanıqlı infrastrukturun inkişafını sürətləndirməyə köməkedəcək.

Biz Azərbaycanın Orta Dəhliz boyunca logistika qovşaqlarının,multimodal terminalların və rəqəmsal həllərin inkişaf etdirilməsisəylərində böyük potensial görürük. Bu layihələr regional nəqliyyatvə logistika qovşağı kimi ölkənin səmərəliliyini və rəqabətqabiliyyətini artırmaq üçün çox vacibdir. IFC davamlı və müasirlogistika infrastrukturunu uğurla həyata keçirmək üçün özəl sektorinvestisiyalarını və təcrübələrini səfərbər etməklə bu cürtəşəbbüsləri dəstəkləməyə hazırdır", - deyə departament direktorubildirib.

Seçilən
53
az.trend.az

1Mənbələr