AZ

Şimali Koreya güclü raket mühərrikinin son yerüstü sınağını keçirib

Yeni texnologiya ilə hazırlanan mühərrik KXDR-in strateji nüvə qüvvələrinin modernləşdirilməsində mühüm mərhələ kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Raketqayırma Baş İdarəsi və Pxenyan Kimya Materialları Elmi-Tədqiqat İnstitutu sentyabrın 8-də güclü dartma qüvvəsinə malik bərk yanacaqlı mühərrikin kompozit materialdan hazırlanmış, karbon lifləri ilə möhkəmləndirilmiş sonuncu — doqquzuncu yerüstü sınağını həyata keçirib. Məlumata görə, prosesə şəxsən ölkə lideri Kim Çen In nəzarət edib.

Yeni mühərrikin maksimal dartma gücünün 1,971 kilonyuton təşkil etdiyi bildirilir. Bu göstərici Şimali Koreyanın raket texnologiyasında əvvəlkindən daha yüksək imkanlara sahib olduğunu nümayiş etdirir.

Kim Çen In sınaqları uğurlu adlandıraraq, bunun ölkənin müdafiə sənayesinin modernləşdirilməsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, bu nailiyyətin KXDR-in nüvə arsenalının genişlənməsi və strateji silahlı qüvvələrinin möhkəmlənməsi istiqamətində “tarixi dönüş nöqtəsi” olacağını bəyan edib.

Analitiklər hesab edirlər ki, Pxenyanın bərk yanacaqlı raket mühərriklərinin inkişafı regionda hərbi balansı dəyişə və ABŞ ilə onun müttəfiqləri — Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik siyasətinə yeni təzyiqlər yarada bilər. Müşahidəçilər bu uğuru Şimali Koreyanın qlobal səviyyədə öz mövqelərini möhkəmləndirmək cəhdi kimi dəyərləndirirlər.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr